Rusiyada aparılan yeni araşdırma ölkənin ən stressli və ən sakit bölgələrini müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, sorğunun nəticələrinə əsasən, ən gərgin və narahat həyat yaşayan insanlar Moskva, Sankt-Peterburq və Moskva vilayətində qeydə alınıb.
Bildirilir ki, meqapolis sakinləri yüksək həyat tempi, vaxt çatışmazlığı və gündəlik problemlərdən daha çox şikayət edir.
Araşdırmada rusiyalıların əsas stress səbəbləri də açıqlanıb:
— pul və gəlir problemi – 58 faiz;
— özünün və yaxınlarının sağlamlığı – 54 faiz;
— dünyada baş verən hadisələr və xəbərlər – 33 faiz.
Sorğuya görə, ən sakit bölgələr isə Kalininqrad vilayəti, Tatarıstan və Tümen vilayəti hesab olunur.
Musavat.com