AZ

WUF13 tədbirində iştirak üçün 170-dən çox ölkədən 30 minə yaxın insan qeydiyyatdan keçib

Son məlumatlara görə, Azərbaycanda keçiriləcək WUF13 tədbirində iştirak üçün 170-dən çox ölkədən 30 minə yaxın insan qeydiyyatdan keçib. Bu sayın getdikcə artacağını gözləyirik.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.

"Tədbirin başlamasına 5 gün qalıb. Qeydiyyat prosesi davam edir. Son rəqəmləri tədbirdən sonra biləcəyik. Məlumatlandırma sessiyasının məqsədi odur ki, təkcə paytaxt sakinləri deyil, Bakıya çox yaxın olan Sumqayıt şəhərinin sakinləri də fiziki olaraq tədbirdə aktiv iştirak etsin, şəhərsalma sahəsində biliklərini artırsın və fikirlərini bölüşmək imkanından yararlansınlar", - deyə E.Hüseynzadə qeyd edib (AZƏRTAC).

Seçilən
1
2
redaktor.az

5Mənbələr