AZ

Emin Hüseynzadə: WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik

Sumqayıt, 12 may, AZƏRTAC

Azərbaycanda keçiriləcək WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.

"Tədbirin başlamasına 5 gün qalıb. Qeydiyyat prosesi davam edir. Son rəqəmləri tədbirdən sonra biləcəyik. Məlumatlandırma sessiyasının məqsədi odur ki, təkcə paytaxt sakinləri deyil, Bakıya çox yaxın olan Sumqayıt şəhərinin sakinləri də fiziki olaraq tədbirdə aktiv iştirak etsin, şəhərsalma sahəsində biliklərini artırsın və fikirlərini bölüşmək imkanından yararlansınlar", - deyə E.Hüseynzadə qeyd edib.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ələkbər Baxşiyev
Seçilən
0
2
azertag.az

5Mənbələr