AZ

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştat edə biləcək? - AÇIQLAMA

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib ki, Venesuelanı ölkəsinin 51-ci ştat etmək istəyir.

Trampın açıqlamasını Redaktor.az-a şərh edən politoloq Əli Mustafa bildirdi ki, o, tarixə düşmək istəyir.

"Tramp prezident postunda olduğu dövrdə ABŞ-ni 50 ştatdan 51 ştata çatdırmaq istəyir, amma bu, real görünmür. O, bir qədər əvvəl hakimiyyətə yeni gəldiyi vaxtlarda Kanadanı 51-ci ştat etmək ideyasını dilə gətirmişdi. Lakin bu, hüquqi və siyasi baxımdan mümkün deyil, çünki Kanada müstəqil dövlətdir və yalnız Birləşmiş Krallıq ilə konstitusion monarxiya çərçivəsində əlaqəlidir. İndi isə Venesuela ilə bağlı bənzər fikirlər səsləndirilir. Venesuela rəsmiləri, o cümlədən rəhbərlik nümayəndələri açıq şəkildə bildiriblər ki, ölkə heç vaxt ABŞ-nin ştatına çevrilməyəcək. Onlar vurğulayırlar ki, Venesuela mübarizə yolu ilə müstəqillik qazanmış suveren dövlətdir. Ümumilikdə belə bir ssenari – hansısa müstəqil dövlətin ABŞ-nin ştatına çevrilməsi yalnız həmin ölkənin xalqının və hakimiyyətinin razılığı ilə mümkündür. Əks halda bu, beynəlxalq hüquqa zidd olardı və ciddi qlobal qarşıdurmalara səbəb ola bilərdi. Bu baxımdan, nəzəri olaraq hər hansı xalq belə bir qərar versə, müəyyən siyasi proseslər mümkündür. Lakin real vəziyyətdə nə Kanadada, nə də Venesuelada belə bir ictimai iradə mövcuddur. Ona görə də bu kimi fikirlər daha çox siyasi ritorika və müzakirə mövzusu olaraq qalır, praktik həyata keçməsi isə olduqca aşağı ehtimallıdır", - deyə müsahibimiz yekunlaşdırdı.

NURİYYƏ

Seçilən
38
12
redaktor.az

10Mənbələr