AZ

Usman Dembele yenə Liqa 1-in ən yaxşısı seçildi! – ARENA.AZ

PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele Fransa Liqa 1-in 2025/2026 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az məlumat verir ki, Fransa Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) Fransa Liqa 1-in cari mövsümü üzrə müxtəlif seçimlər əsasında qalibləri açıqlayıb.

Təşkilat Fransada və ölkənin hüdudlarından kənarda çıxış edən futbolçular, məşqçilər, hakimlər arasından ən yaxşı olaraq seçilmişlərə mükafatlar təqdim edir.

Əsas mükafat – “Mövsümün ən yaxşı oyunçusu” mükafatı PSJ-nin hücumçusu Usman Dembeleyə çatıb. Dembele cari mövsümdə Fransa Liqa 1-in 20 oyununda 10 qol vurub və 6 məhsular ötürmə verib.

Dembele komanda yoldaşları Vitinya, Nuno Mendes, Marsel “Olimpik”indən Meyson Qrinvud və “Lans”dan Floryan Toveni qabaqlayıb.

Dembele ötən il də çempionatda ilin ən yaxşı futbolçusu mükafatını qazanmışdı.

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 19 qol vurub, 10 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 132 oyun, 60 qol və 41 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 58 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
14
6
arena.az

10Mənbələr