AZ

6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…


Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə prosesi keçirilib və əlavə qətnamə qəbul edilib.

Musavat.com xəbər verir ki, əlavə qətnamə Ali Məhkəmə Plenumunun alimentin indeksləşdirilməsi ilə bağlı hüquqi mövqeyinə münasibət bildirilməsi məqsədilə çıxarılıb.

Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə Orxan İsmayılzadədən tutulan alimentin yaşayış minimumuna uyğun indeksləşdirilməsi məsələsinə hüquqi qiymət verilib və nəticədə alimentin 1,05 faiz yaşayış minimumu həddində tutulmasına qərar verilib.


WhatsApp Image 2025-12-08 at 13.39.07.jpeg (225 KB)

Məhkəmə iclasında Orxan İsmayılzadənin 6 vəkilindən ikisi – Elcan Həsənli və Kəmalə Əmirxanlı təmsil ediblər. Onlar alimentin 0,68 faiz yaşayış minimumu həddində - 260 manat müəyyən edilməsini tələb ediblər. Orxan İsmayılzadənin vəkilləri onun alimenti ödəmək imkanının olmadığını dilə gətiriblər.

Maraqlı məqam isə bundan ibarət idi ki, cavabdeh tərəf bir tərəfdən atalığı qəbul etmədiyini bildirib, digər tərəfdən isə aliment məbləğinin azaldılmasına çalışıb. Bu ziddiyyətli mövqe məhkəmə zalında diqqət çəkən əsas məqamlardan biri olub. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin əlavə qətnaməsində iddiaçı Fidan Abbasovanın xeyrinə alimentin tutulması məsələsi bir daha təsdiqlənib.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən edilən aliment məbləğindən narazıdır.

Bakı Apellyasiya Məhkəməsinin ötən həftə çıxardığı qətnamədə aliment məbləği indeksləşdirilərək 500 manatdan 580 manata qaldırılmışdı. Lakin Orxan İsmayılzadə 80 manatlıq artıma etiraz edirdi. İddiaçı tərəf isə alimentin 2 min manata qaldırılmasını məhkəmədən xahiş edirdi. Bundan başqa, elan olunmuş qərarın qısa müddət sonra yenidən müzakirəyə çıxarılmasını hüquqi baxımdan suallar doğuran addım kimi qiymətləndirirdi. Çünki hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsipi müasir məhkəmə sisteminin əsas dayaqlarından hesab olunur. Fidan Abbasova uzun illərdir davam edən məhkəmə prosesində bildirirdi ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətində olublar və 2015-ci ildə dünyaya gələn Nil adlı uşağın atası məhz odur. İş materiallarında tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və münasibətlərini təsdiqləyən müxtəlif sübutlar yer alıb. Bununla belə, proses boyu ən diqqətçəkən məqam Orxan İsmayılzadənin müxtəlif məhkəmələrin təyin etdiyi 7 ekspertizada iştirakdan yayınması olub. Təyin edilən DNK ekspertizalarının baş tutmaması da məhz bununla əlaqələndirilir. Azərbaycan qanunvericiliyinə görə tərəfin ekspertizadan yayınması həmin halın qarşı tərəfin xeyrinə qiymətləndirilməsinə əsas verir. Nəticədə məhkəmə iddia tələbini təmin edib. 2026-cı il aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə çıxarılan qərarla Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Qərara əsasən, uşağın sənədlərində “ata” qrafasında Orxan adı, soyad hissəsində isə İsmayılzadə soyadı qeyd edilməlidir.

WhatsApp Image 2025-12-08 at 13.39.07 (1).jpeg (302 KB)

Xatırladaq ki, Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti də intizamlı şəkildə ödəmir. Hətta buna görə 2024-cü ildə onun əmlakları üzərinə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs də qoyulub. Məhkəmə materiallarında göstərilirdi ki, Orxan İsmayılzadənin adına müxtəlif daşınmaz əmlaklar və bahalı avtomobillər mövcuddur. Bunların sırasında qeyri-yaşayış binaları, mənzillər, fərdi yaşayış evi, həmçinin “Hummer H3 Alfa” və “Porsche Panamera Turbo” markalı avtomobillər də vardı. Məhkəmə qərarı ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdu. Maraqlıdır ki, məhz bundan sonra aylarla ödənilməyən aliment borcu hesablanaraq köçürülmüşdü. Əmlakların və nəqliyyat vasitələrin real bazar dəyəri ümumilkdə 1 milyon manatı aşırdı. İndi isə 6 vəkili olan oliqarx oğlu qızını saxlanması üçün müəyyən olunan 580 manatlıq alimentə etiraz edib və məhkəməni uduzub.

E.Məmmədəliyev

 


Seçilən
0
4
nuh.az

10Mənbələr