AZ

Ulduz futbolçu İspaniya klubunun sahibi olur

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əfsanəvi müdafiəçi Serxio Ramos "Five Eleven Capital" investisiya şirkəti ilə birlikdə "Sevilya" klubunun alınmasına dair prinsipial razılıq əldə edib.

Sportal.az xəbər verir ki, bu irəliləyiş beş ay davam edən mürəkkəb danışıqlar prosesinin və əvvəllər digər potensial alıcıları çəkindirən auditin uğurla tamamlanmasının nəticəsidir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Razılıq Serxio Ramos, "Five Eleven Capital"ın baş direktoru Martin İnk və "Sevilya"nın əsas səhmdarları arasında keçirilən iki saatlıq görüşdən sonra əldə olunub. Bundan bir gün əvvəl isə yanvarın ortalarından bəri davam edən prosesin son detallarını razılaşdırmaq üçün tərəflər arasında doqquz saatlıq gərgin bir sessiya baş tutub.

Ramos "Sevilya"nın aAkademiyasında yetişib, daha sonra "Real" və İspaniya millisinin əfsanəsinə çevrilib. 40 yaşlı futbolçu hələ karyerasını bitirdiyini rəsmən elan etməyib. İspaniya qaydalarına görə isə karyerası davam edən futbolçulara çıxış etdiyi liqada yer alan hər hansı bir klubun pay sahibi olmaq qadağandır. Bu o deməkdir ki, Ramos çətin bir seçim etməlidir. İspaniyalı mərkəz müdafiəçisi ya "Sevilya"nın idarəçiliyinə diqqət yetirmək üçün rəsmən karyerasını bitirməli, ya da karyerasını başqa ölkədə davam etdirməlidir.

"Sevilya" hazırda La Liqada 35 oyundan sonra 40 xalla 13-cü pillədə qərarlaşıb. Komanda aşağı liqaya düşmə zonasında olan "Alaves"i cəmi 3 xal qabaqlayır.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
sportal.az

4Mənbələr