Yazını böyüt
Yazını kiçilt
Əfsanəvi müdafiəçi Serxio Ramos "Five Eleven Capital" investisiya şirkəti ilə birlikdə "Sevilya" klubunun alınmasına dair prinsipial razılıq əldə edib.
Hafta.az xəbər verir ki, bu irəliləyiş beş ay davam edən mürəkkəb danışıqlar prosesinin və əvvəllər digər potensial alıcıları çəkindirən auditin uğurla tamamlanmasının nəticəsidir.
Razılıq Serxio Ramos, "Five Eleven Capital"ın baş direktoru Martin İnk və "Sevilya"nın əsas səhmdarları arasında keçirilən iki saatlıq görüşdən sonra əldə olunub. Bundan bir gün əvvəl isə yanvarın ortalarından bəri davam edən prosesin son detallarını razılaşdırmaq üçün tərəflər arasında doqquz saatlıq gərgin bir sessiya baş tutub.