AZ

"Real Madrid"in prezidenti vəzifəsindən gedir?

"Real Madrid" futbol klubunun prezidenti Florentino Peres istefa vermək niyyətində olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında deyib.

79 yaşlı prezident ciddi xəstəliyi olduğu barədə xəbərləri də təkzib edib.

"Sizə deməyimə çox təəssüf edirəm, amma istefa verməyəcəyəm. İstefa verməyəcəyəm! Mənə qarşı kampaniyalar aparılır. Amma mən hələ də buradayam və prezidentəm. İnsanlar xərçəng xəstəliyinə tutulduğumu deyirdilər, amma hamısı yalan idi. Yorulmamışam", - deyə Peres mətbuat konfransında bildirib.

Qeyd edək ki, Florentino Peres 2000-ci ildən 2006-cı ilə qədər "Real Madrid"in prezidenti olub. O, 2009-cu ildə təkrar bu vəzifəyə seçilib.

Seçilən
22
26
redaktor.az

10Mənbələr