AZ

Florentino Peres "Real"la bağlı qərarını verdi

“Real Madrid”də prezident seçkilərinin gözləniləndən daha tez keçiriləcəyi açıqlanıb. Metbuat.az xəbər verir ki, klub prezidenti Florentino Peres bununla bağlı keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib. O bildirib ki, istefa verməyi düşünmür, lakin klubun gələcəyi ilə bağlı qərarı üzvlərin verməsinin daha doğru olduğunu hesab edir.Peres qeyd edib ki, qarşıdakı seçkilərdə istənilən namizəd iştirak edə bilər və onu tənqid edən şəxslər də öz proqramlarını təqdim etmək hüququna malikdirlər. “Real Madrid” rəhbəri vurğulayıb ki, klub heç bir şəxsin deyil, üzvlərinin klubudur və rəhbərlik məsələsində son söz də onlara məxsus olmalıdır.Qeyd edək ki, bundan əvvəl "Real"da prezident seçkilərinin 2029-cu ildə keçiriləcəyi açıqlanmışdı.


Seçilən
0
26
metbuat.az

10Mənbələr