AZ

Susuz qalmağın bu fəsadları var imiş

Mütəxəssislər gün ərzində kifayət qədər su içməməyin beyinə də təsir etdiyini açıqlayıblar.Metbuat.az xəbər verir ki, aparılan araşdırmalara görə, orqanizmdə su çatışmazlığı diqqət dağınıqlığı, halsızlıq və yaddaş zəifləməsinə səbəb ola bilər. Həkimlər bildirirlər ki, hətta yüngül susuzluq belə insanın gün ərzində özünü yorğun hiss etməsinə gətirib çıxarır. Araşdırmada qeyd olunur ki, su çatışmazlığı baş ağrısı və əhval dəyişikliklərini də artıra bilər. Xüsusilə isti havalarda və çox hərəkət edən insanlarda bu risk daha yüksək hesab olunur.

Mütəxəssislər gün ərzində mütəmadi şəkildə su içməyi və susuzluq hissini gözləməməyi tövsiyə edirlər.

Seçilən
56
30
metbuat.az

10Mənbələr