AZ

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.


Manset.az xəbər verir ki, yarımfinal Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, şounun bağlanışını isə Serbiya təmsilçisi edəcək.

Mayın 14-də keçiriləcək ikinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi JIVA bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.

Qeyd edək ki, yubiley xarakterli 70-ci “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi mayın 16-da keçiriləcək.

Seçilən
12
6
manset.az

10Mənbələr