"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları məlum olub
APA xəbər verir ki, “Avroviziya 2026” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində finala yüksələn ölkələr aşağıdakılardır.
İsveç
Finlandiya
Estoniya
İsrail
Polşa
Belçika
Yunanıstan
Portuqaliya
Xorvatiya
Serbiya
Qeyd edək ki, “Avroviziya 2026”nın böyük finalı mayın 16-da keçiriləcək.
***
23:05
Avstriyanın paytaxtı Vyanada “Avroviziya 2026” mahnı müsabiqəsi başlayıb.
APA xəbər verir ki, Azərbaycanı müsabiqədə müğənni JIVA təmsil edir. O, “Just Go” adlı mahnını ifa edəcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci yarımfinalda səhnəyə çıxacaq.
Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.