AZ

Araşdırma: bun hallar insan həyatını 13 ilə qədər azaldır

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunun (DEHB) insan ömrünü təxminən 13 ilə qədər azalda biləcəyi müəyyən olunub.

Musavat.com xəbər verir ki, tədqiqatçılar əsas səbəblərdən birinin beynin daim “sürətli dopamin” axtarması və uzunmüddətli planları qorumaqda çətinlik çəkməsi olduğunu bildirirlər.

Araşdırmaya görə, bu səbəbdən yuxu rejimi, sağlam həyat tərzi və zərərli vərdişlərdən uzaq durmaq kimi amillər çox vaxt impulsiv istəklərə uduzur.

Mütəxəssislər qeyd edirlər ki, illər ərzində bu vəziyyət müxtəlif risklərin toplanmasına səbəb olur. Bunlara yol qəzaları, travmalar, asılılıqlar, həddindən artıq qidalanma, xroniki stress və yuxusuzluq daxildir.

Həkimlər bildirirlər ki, düzgün müalicə, idman, normal yuxu rejimi və xatırlatma sistemlərindən istifadə ömür uzunluğunu artırmağa kömək edə bilər.

Musavat.com

Seçilən
58
35
musavat.com

10Mənbələr