AZ

Putinə məruzə etdilər: Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirdi

Rusiya ağır qitələrarası ballistik raketi "Sarmat"ı uğurla sınaqdan keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident Vladimir Putinə videoformatda etdiyi məruzəsində Strateji Raket Qüvvələrinin Komandanı Sergey Karakayev deyib.

 

Onun sözlərinə görə, sınaqlar “Sarmat”ın nəzərdə tutulan xarakteristikasını təsdiqləyib.

 

S.Karakayev bildirib ki, “Sarmat” mənzil, atış çəkisi və raketdən müdafiənin nüfuzetmə qabiliyyəti kimi əsas xüsusiyyətlərə görə sələfi “Voevoda” raket sistemini üstələyir.

 

Strateji Raket Qüvvələri Komandanı Putinə məlumat verib ki, “Sarmat”larla ilk raket alayı ilin sonuna qədər Ujur birləşməsində döyüş növbətçiliyinə başlayacaq.

 

 “Sarmat”ın dünyanın ən güclü raket sistemi olduğunu təsdiqləyən Putin vurğulayıb ki, onun ümumi döyüş başlığı istənilən oxşar sistemdən dörd dəfə çoxdur.

 

O əlavə edib ki, “Sarmat”ın mənzili, suborbital trayektoriyası sayəsində 35 min kilometri keçir və dəqiqliyi ikiqat artırılıb.

 



Seçilən
22
25
senzor.az

10Mənbələr