AZ

Azərbaycan vətəndaşları qonşu ölkədən belə deportasiya olundu VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər həyata keçirilən tədbirlər nəticəsində 74 xarici vətəndaşı ölkədən deportasiya ediblər.Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

 

Əməliyyatlar Miqrasiya Departamenti və Daxili İşlər Nazirliyinin digər müvafiq strukturları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Deportasiya olunan şəxslər arasında Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda və Özbəkistan vətəndaşları da yer alıblar.Qurumun açıqlamasında bildirilib ki, mövcud qanunvericiliyə əsasən deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə məhdudiyyət qoyulub.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
bizim.media

6Mənbələr