AZ

Gürcüstandan azərbaycanlı da daxil 74 əcnəbi deportasiya edilib

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər həyata keçirilən tədbirlər nəticəsində 74 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamenti və Daxili İşlər Nazirliyinin digər müvafiq strukturları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Deportasiya olunan şəxslər arasında Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda və Özbəkistan vətəndaşları da yer alıblar.

Qurumun açıqlamasında bildirilib ki, mövcud qanunvericiliyə əsasən deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə məhdudiyyət qoyulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
5
cebheinfo.az

6Mənbələr