AZ

Yanvar-aprel aylarında əlilliyi olan 44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-aprel ayları ərzində əlilliyi olan 44,6 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
 
Bu barədə Moderator.az-a nazirlikdən məlumat verilib.
 
Onlardan 22,9 mininə ambulator, 11,1 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.
 
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.
 
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
 
Seçilən
2
32
moderator.az

10Mənbələr