4 ayda əlilliyi olan44,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Ajans.az xəbər verir ki, onlardan 22,9 mininə ambulator, 11,1 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir. Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.