AZ

Akif İslamzadə xəstəxanadan evə buraxılacaq

BAKI, 13 may. TELEQRAF

Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirən Xalq artisti Akif İslamzadənin müalicəsi xəstəxananın palatasında davam edir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.

“Onun səhhəti stabildir. Müalicəsi davam edir. Sabah və ya birisi gün xəstəxanadan evə buraxılması mümkündür”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, 77 yaşlı Akif İslamzadə ürək əməliyyatı keçirib.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr