Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirən Xalq artisti Akif İslamzadənin müalicəsi xəstəxananın palatasında davam edir.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.
“Onun səhhəti stabildir. Müalicəsi davam edir. Sabah və ya birisi gün xəstəxanadan evə buraxılması mümkündür”,- məlumatda qeyd olunub.