Premyer Liqaya qayıdacağı böyük ölçüdə dəqiqləşən "Şəfa" elitanın hazırlıqlarına start verib.
Bakılıların yenidən quracağı heyətdə Slavik Alxasov da olacaq.
"Araz-Naxçıvan"ın müdafiəçisi ilə ilkin danışıqlar olub.
33 yaşlı futbolçu da təklifə isti yanaşıb.
Slavik 2024-cü ildən Muxtar respublika təmsilçisində çıxış edir.
Yayda burada müqaviləsi başa çatacaq oyunçu daha əvvəl "Neftçi", "Sumqayıt", "Xəzər Lənkəran", "Keşlə" (indiki "Şamaxı"), "Zirə", "Sabah" və "Turan Tovuz"da çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ