AZ

“Həkimlər Nazimin ödünü çıxaranda qaraciyərini də zədələyiblər”

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sertifikasiya dövlətin nəzarətidir. Bəzi həkimlər şikayətlənir ki, bu, pul mənbəyidir. Amma bu, nazirliyin çalışan həkimin məsuliyyəti öz üzərinə götürməsi deməkdir. Əgər lisenziya verilibsə, deməli, nazirlik həmin həkimin savadını, diplomunu yoxlayıb, lap şirinliyini də alıb, amma "mən sənə görə məsuliyyət daşıyıram" deyir".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı İdris Cəfərov "Bakı reallığı" verilişində deyib. O, Faytonçu ləqəbli müğənni Nazim Pişiyarinin əməliyyat zamanı yerli həkimlər tərəfindən öd kisəsinə ciddi zədə dəydiyini açıqlayıb. O, həmçinin Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşovun da müalicə üçün xarici ölkələrə üz tutmalı olduğunu vurğulayıb:

"Ən bahalı klinikalarımızdan birindən şikayət gəlib ki, bədənə qoyulan titan hissəcik qırılıb. Bəlli olub ki, həmin parça Çin istehsalıdır və hələ də sınaqlardan keçməyib.

Faytonçu Nazimin ödünü çıxaran zaman qaraciyərini zədələyiblər. Nazimin bu gün sağ olması İsrail və Türkiyə tibbinin sayəsindədir. Murad Dadaşov xəstələnəndə imkanı olduğuna görə Avropaya gedir. Çünki yaşamaq istəyir.

Bu gün pulu olan adam ən azı İrana və ya Türkiyəyə gedirsə, deməli, səhiyyənin vəziyyəti acınacaqlıdır. Xərçəng xəstəliyinin müalicəsi və ya ürək əməliyyatları üçün Türkiyəyə üz tuturlar. Son vaxtlar bir neçə həkimimiz Almaniyaya gedib. Alman dili öyrənir və orada çalışırlar. Həkimlər burada biznesin qurbanına çevrilmək istəmədiklərinə görə xarici ölkələrə üz tuturlar".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
4
axsam.az

5Mənbələr