"Sertifikasiya dövlətin nəzarətidir. Bəzi həkimlər şikayətlənir ki, bu, pul mənbəyidir. Amma bu, nazirliyin çalışan həkimin məsuliyyəti öz üzərinə götürməsi deməkdir. Əgər lisenziya verilibsə, deməli, nazirlik həmin həkimin savadını, diplomunu yoxlayıb, lap şirinliyini də alıb, amma "mən sənə görə məsuliyyət daşıyıram" deyir".
"Ən bahalı klinikalarımızdan birindən şikayət gəlib ki, bədənə qoyulan titan hissəcik qırılıb. Bəlli olub ki, həmin parça Çin istehsalıdır və hələ də sınaqlardan keçməyib.
Faytonçu Nazimin ödünü çıxaran zaman qaraciyərini zədələyiblər. Nazimin bu gün sağ olması İsrail və Türkiyə tibbinin sayəsindədir. Murad Dadaşov xəstələnəndə imkanı olduğuna görə Avropaya gedir. Çünki yaşamaq istəyir.
Bu gün pulu olan adam ən azı İrana və ya Türkiyəyə gedirsə, deməli, səhiyyənin vəziyyəti acınacaqlıdır. Xərçəng xəstəliyinin müalicəsi və ya ürək əməliyyatları üçün Türkiyəyə üz tuturlar. Son vaxtlar bir neçə həkimimiz Almaniyaya gedib. Alman dili öyrənir və orada çalışırlar. Həkimlər burada biznesin qurbanına çevrilmək istəmədiklərinə görə xarici ölkələrə üz tuturlar".