"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsi start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, velosipedçilər bu etapda Tərtərdən start götürməklə Xankəndiyə qədər 181,5 kilometr məsafə qət edəcəklər.
İlk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar.
İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti isə dördüncü etapın qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.