AZ

Bakı Xankəndi velosiped yarışına yekun vurulub, son mərhələnin qalibi İspaniya təmsilçisi olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Xankəndi, 14 may, AZƏRTAC

"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu – V mərhələdə finişə İspaniyanın "Burqos" komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb. O, Tərtərdən Xankəndiyə qədər 181,5 kilometr məsafəni hamıdan tez qət edib

Qeyd edək ki, ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar.

İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti isə IV etapın qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb.

Müxbir - Cavid Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
9
azertag.az

10Mənbələr