AZ

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

BAKI, 14 may. TELEQRAF

2026-cı ilin birinci rübü ərzində respublika ərazisində 99 təbii mənşəli hadisə qeydə alınıb, insan təlafatı və xəsarət alan olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatındsa qeyd olunub.

Bu ilin birinci rübü ərzində respublika ərazisində 3227 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2025-ci ilin I rübü ilə müqayisədə 878 hadisə və ya 21% azdır.

Həmçinin texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər həlak olub, 86 nəfər xəsarət alıb ki, bu da 2025-ci ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 5 nəfər və ya 25% azdır, xəsarət alanlar üzrə 1 nəfər və ya 1% çoxdur.

Nazirliyin xilasediciləri tərəfindən 9 nəfər xilas edilib, 183 nəfər təxliyə olunub.

Seçilən
36
4
teleqraf.com

5Mənbələr