Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rüblük statistikasında məlumat verilib. Statistikaya əsasən, 2026-cı ilin I rübü ərzində respublika ərazisində 99 təbii mənşəli hadisə qeydə alınıb, insan təlafatı və xəsarət alan olmayıb. Bu ilin yanvar-aprel ayları ərazində 3326 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2025-ci ilin I rübü ilə müqayisədə 828 hadisə və ya 20% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər həlak olub, 86 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib, 658 nəfər təxliyə olunub.