AZ

Zəngilanda əmək yarmarkası keçirilib

Nazirlikdən Ajans.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbiri Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Zəngilan rayonu xidmət şöbəsinin inzibati binasında keçirilib. Yarmarkada mühəndis, təmirçi-çilingər, elektrik qaynaqçısı və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib.

Yarmarka iştirakçılarına iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Seçilən
52
10
Ajans.az

10Mənbələr