AZ

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarkada mühəndis, təmirçi-çilingər, elektrik qaynaqçısı və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib.

Yarmarka iştirakçılarına iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Seçilən
41
10
azerbaijan-news.az

10Mənbələr