Bakı, 15 may, AZƏRTAC
Avstriyada keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində Azərbaycanı Jiva səhnə adı təmsil edən müğənni Cəmilə Həşimova çıxış edib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə 2 nömrə altında səhnəyə çıxan təmsilçimiz “Just Go” adlı mahnını səsləndirib. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.
Qeyd edək ki, “Avroviziya-2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşəcək.