“Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində davam edir.
Musavat.com xəbər verir ki, müsabiqənin ikinci yarımfinal mərhələsində Azərbaycanı JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edib.
Təmsilçimiz “Just Go” mahnısı ilə səhnəyə çıxaraq yarış proqramında ikinci nömrə ilə çıxış edib.
Lakin tamaşaçı səsverməsinin nəticələrinə əsasən, Cəmilə Həşimova final mərhələsinə vəsiqə qazana bilməyib.
Musavat.com