Azərbaycanda maşın məktəblini vurub öldürdü - FOTO
Ajans.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub. Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib. Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 