AZ

14 yaşlı oğlanı maşınla vurub öldürdü

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi "VAZ 2107" ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.

Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.

Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
0
10
far.az

10Mənbələr