AZ

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

 

 "Yeni Sabah" xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, qurumun "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.

 

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

 

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə" İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.

Tarix: 15 May 2026, 11:22   
Seçilən
0
16
pravda.az

10Mənbələr