AZ

Vüsal Nəsirli direktoru işdən çıxardı: Yeni vəzifə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

"Cebheinfo.az" "Yeni Sabah"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departementinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən “Azəryolelmitədqiqatlayihə” İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.

"Cebheinfo.az"

Seçilən
0
16
cebheinfo.az

10Mənbələr