FIFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub.
Azreform.info Futbolinfo.az-a istinadən xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.
FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb.
Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb. Belə ki, "Qarabağ" futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.
Bütün bunlar onu deməyə əsas verir ki, "Qarabağ" yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.