AZ

FİFA-dan “Qarabağ”la bağlı xoş xəbər

FİFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub.

“7Times.az” Futbolinfo.az-a istinadla xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.

FİFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoysa da, məlum olub ki, “Qarabağ”ın bu məsələ ilə bağlı problemi həllini tapıb.

Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən “Neftçi” ilə eyni taleyi yaşayıb. Belə ki, “Qarabağ” futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FİFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, “Qarabağ” yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.

Seçilən
16
15
7times.az

10Mənbələr