AZ

Azərbaycan qeyri-neft-qaz ixracını 13 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi əlumat yayıb.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 4 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,3 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 71 %, pambıq lifinin ixrac dəyəri 49,9 %, meyvə-tərəvəzin ixrac dəyəri 22,1 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 32,2 %, çayın ixrac dəyəri isə 12,1 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 9,4 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 28,3 % artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 31,6 % artaraq 119 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 29,1 % artaraq 417,3 milyon ABŞ dolları təşkil edib.

Seçilən
0
3
far.az

10Mənbələr