AZ

Kristian Kivu: “Qızıl dubl”a layiq idik” – ARENA.AZ

“İnter”in baş məşqçisi Kristian Kivu futbol üzrə İtaliya Kubokunun finalında “Latsio”ya qarşı keçirdikləri həlledici oyunu şərh edib.

Arena.az xatırladır ki, “İnter” İtaliya Kubokunun final oyununda “Latsio” üzərində 2:0 hesablı qələbə qazanaraq, qənimətə sahib olub.

“Neradzurri”nin baş məşqçisi, rumın mütəxəssis Kristian Kivu müvafiq uğuru belə şərh edib:

“Bu mövsümdə iki qənimət qazandıq və buna layiq idik. Çünki mövsümü güclü keçirdik. Məmnunam”, deyə Kivu vurğulayıb.

Xatırladaq ki, “İnter” daha əvvəl İtaliya çemionluğunu da erkən surətdə təmin etmişdi.

Kivu “neradzurri”nin cari mövsümdə ölkədaxili yarışlarda uğurlu çıxışının sirrini də açıqlayıb:

“Bizim sirrimiz – komandamızın birliyində, klubumuz və azarkeşlərimiz tərəfindən dəstəklənməyimizdədir”, deyə Kivu vurğulayıb.

“Latsio”nun baş məşqçisi, italyan mütəxəssis Muritsio Sarri isə “qartallar”ın müvafiq uğursuzluğuna belə şərh verib:

“İki qolu da “İnter”ə hədiyyə etdik. Etiraf etməliyik ki, bizdən, açıq-aşkar güclü olan komandaya qarşı oynayırdıq”, deyə Sarri vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
7
arena.az

10Mənbələr