AZ

Birinci Liqa: “Şəfa” bu gün çempionluğu rəsmiləşdirə bilər – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutacaq.

Lider “Şəfa” “Cəbrayıl”ı qəbul edəcək. “Şəfa” bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail”in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Bütün matçlara saat 17:00-da start veriləcək.

Birinci Liqa
26-cı tur
14 may

“Şimal” – “Difai” 0:1
Qol: Vorren Lloyd Ondo, 80.
Hakimlər: Rauf Cabbarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

15 may

“Mingəçevir” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Qliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 17:00.

“Səbail” – “Şahdağ Qusar”
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”. 17:00.

“Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Buzovna qəsəbə stadionu. 17:00.

“Şəfa” – “Cəbrayıl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu. 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
7
arena.az

10Mənbələr