Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib. Metbuat.az xəbər verir ki, açarların təqdimetmə mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə kəndə 107 ailənin (453 nəfər) daimi qayıdışı təmin olunub.