AZ

Kreml keşişləri ÖNƏ çıxarır, ruslar isə kilsədən uzaqlaşır 

Rusiyada özünü pravoslav hesab edənlərin sayı son 15 ildə nəzərəçarpacaq dərəcədə azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Pravoslav Müqəddəs Tixon Humanitar Universitetinin (PSTGU) sorğusuna görə, 2010-cu illərin əvvəllərində əhalinin 78 faizi özünü pravoslav adlandırdığı halda, hazırda bu göstərici 65 faizə düşüb.

Araşdırmaya əsasən, rusiyalıların:

• 16 faizi özünü heç bir dinə aid hesab etmir,
• 6 faizi ateist olduğunu bildirir,
• 9 faizi isə müsəlman olduğunu deyir.

Sorğu göstərir ki, özünü pravoslav hesab edənlərin böyük hissəsi dini həyatda aktiv iştirak etmir. Təxminən üçdə biri, ümumiyyətlə, kilsəyə getmir. Yalnız 17 faiz insan ildə bir neçə dəfə ibadətlərdə iştirak etdiyini bildirib.

Ümumilikdə isə müntəzəm şəkildə – ildə bir neçə dəfə və ya daha çox kilsəyə gedənlərin payı təxminən 33 faiz təşkil edir.

Ekspertlər hesab edirlər ki, pandemiya dövründə müşahidə olunan dini canlanma əsasən qorxu və qeyri-müəyyənlik hissi ilə bağlı olub. Hazırda isə Rusiyada dinə münasibətdə parçalanma dərinləşir: bir qrup üçün inanc gündəlik həyatın mühüm hissəsi olaraq qalırsa, digərləri üçün pravoslavlıq daha çox mədəni kimlik elementi kimi qəbul edilir.

Musavat.com

Seçilən
55
3
musavat.com

4Mənbələr