AZ

Araşdırma hər şeyi ortaya çıxardı: rus ailələri bir-birindən uzaqlaşır

Rusiyada aparılan yeni araşdırma ölkədə ailə münasibətlərinin getdikcə zəiflədiyini ortaya qoyub.

Musavat.com xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yetkin əhalinin 14 faizi valideynləri ilə eyni evdə yaşayır.

Respondentlərin 16 faizi isə qohumlarına yaxın ərazidə yaşadığı üçün ailə üzvləri ilə tez-tez görüşə bildiyini qeyd edib.

Sorğuda iştirak edənlərin 37 faizi qohumlarını yalnız bayram günlərində gördüyünü bildirib. Daha 8 faiz iştirakçı ailə üzvləri ilə ildə cəmi bir dəfə toplandığını deyib. Respondentlərin 5 faizi isə bütün ailənin hətta hər il bir araya gələ bilmədiyini vurğulayıb.

Araşdırmada diqqət çəkən məqamlardan biri də 18 faiz insanın qohumları ilə ümumiyyətlə görüşməməsi olub.

Sorğu iştirakçılarının bir hissəsi ailədaxili münasibətlərin zəif olduğunu bildirərkən, digərləri müxtəlif şəhərlərə köçdükdən sonra ünsiyyətin tamamilə itdiyini qeyd edib.

Musavat.com

Seçilən
41
3
musavat.com

4Mənbələr