AZ

Trampın Çin səfərində şok qadağa: Bütün hədiyyələr zibil qutusuna atıldı!

ABŞ nümayəndə heyətinə Çin rəsmiləri tərəfindən hədiyyə edilən və ya paylanılan əşyaların prezidentin "Air Force One" (AF-1) təyyarəsinə gətirilməsi qadağan olunub.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin müxbiri Emili Qudin məlumat yayıb.

Jurnalistin sözlərinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində nümayəndə heyətinə məxsus bütün vasitələr yoxlanılıb:

"Amerikalı əməkdaşlar Çin rəsmiləri tərəfindən paylanılan hər şeyi – akkreditasiya vəsiqələrini, birdəfəlik telefonları və nümayəndə heyəti üçün nəzərdə tutulmuş nişanları toplayaraq təyyarənin trapının qarşısındakı zibil qutusuna atıblar. Çindən olan heç bir əşyanın təyyarənin göyərtəsinə keçirilməsinə icazə verilmir", - deyə Qudin "X" sosial şəbəkəsində bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Çinə rəsmi səfəri cümə günü başa çatıb. Ekspertlər bu addımı mümkün casusluq və kiber-təhlükəsizlik risklərinin qarşısını almaq məqsədilə atılan profilaktik tədbir kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
14
6
musavat.com

7Mənbələr