Ağ Ev rəsmiləri Pekindən yola düşməzdən əvvəl prezident Donald Trampı müşayiət edən amerikalı jurnalistlərə Çində verilən hər şeyi müsadirə ediblər.
Musavat.com xəbər verir ki, məlumatı "New York Post" qəzetinin müxbiri Emili Qudin X-da paylaşıb: "Amerikalı işçilər Çin rəsmiləri tərəfindən verilən hər şeyi - vəsiqələri, Ağ Evin birdəfəlik telefonlarını, nümayəndə heyətinin nişanlarını - biz prezident təyyarəsinə minməzdən əvvəl götürüb pilləkənlərin altındakı zibil qutusuna atdılar".
Müxbir qadağanın səbəbini açıqlamayıb, lakin Ağ Evin mətbuat xidməti daha sonra bildirib ki, Amerika rəsmiləri Çin tərəfinin guya vəsiqələri geri istədiyini deyiblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp başda olmaqla, Pekinə gedən Amerika rəsmilərinin şəxsi əlaqə vasitələrini - telefon, elektron saat və digər qurğuları özləri ilə götürmədiklərinə dair məlumat yayılıb. Bildirilir ki, bütün heyət üzvləri özləri ilə yalnız birdəfəlik telefonlar götürüblər. Bu addımın Pekində onların şəxsi qurğularına izləmə cihazlarının yerləşdirilə biləcəyi, yaxud onlardakı məlumatların ələ keçiriləcəyi təhlükəsi ilə bağlı olduğu açıqlanıb.
Musavat.com