AZ

Premyer Liqa: “Şamaxı” “Turan”a, “Qarabağ” “İmişli”yə qarşı – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Şamaxı” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.

Günün digər oyunu “Qarabağ”la “İmişli” arasında baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Emin Əliyev olacaq.

Qeyd edək ki, hər iki oyuna eyni saatda (17:00-da) start veriləcək.

Premyer Liqa
32-ci tur
15 may

17:00. “Karvan” – “Qəbələ” 1:2
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu.

19:30. “Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena”.

16 may

17:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu.

17:00. “Qarabağ” – “İmişli”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17 may

18:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu

18:00. “Sabah” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
76
5
arena.az

10Mənbələr