AZ

İŞİD in yüksək rütbəli liderlərindən biri zərərsizləşdirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriya hərbçiləri ilə birgə əməliyyat zamanı İŞİD terror qruplaşmasının yüksək rütbəli liderlərindən biri Əbu Bilal əl-Mainuqini zərərsizləşdirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Dünyada İŞİD-in ikinci ən yüksək rütbəli lideri hesab olunan Əbu Bilal əl-Mainuqi Afrikaya qaçaraq gizlənə biləcəyini düşünürdü. Lakin o, fəaliyyəti barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi. O, artıq Afrikada insanları terror etməyəcək və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak etməyəcək”, - deyə Tramp bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
5
azertag.az

6Mənbələr