Bakı, 16 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriya hərbçiləri ilə birgə əməliyyat zamanı İŞİD terror qruplaşmasının yüksəkrütbəli liderlərindən biri Əbu Bilal əl-Mainuqini zərərsizləşdirdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Dünyada İŞİD-in ikinci ən yüksəkrütbəli lideri hesab olunan Əbu Bilal əl-Mainuqi Afrikaya qaçaraq gizlənə biləcəyini düşünürdü. Lakin o, fəaliyyəti barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi. O, artıq Afrikada insanlara terror etməyəcək və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak etməyəcək”, - deyə Tramp bildirib.