AZ

Ruslan Malinovski “Cenoa”nı “Trabzonspor”a dəyişir – ARENA.AZ

33 yaşlı ukraynalı mərkəz yarımmüdafiəçisi Ruslan Malinovski cari mövsümün başa çatması ilə İtaliyanın “Cenoa” klubundan ayrılacaq

Arena.az xəbər verir ki, bu barədə Genuya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Malinovski “Cenoa”nı azad agent qismində tərk edəcək. Tərəflər cari mövsümün sonunda başa çatacaq ortaq müqaviləni yeniləməmək qərarına gəliblər.

Malinovskinin Türkiyənin “Trabzonspor” klubuna keçəcəyi iddia olunur. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Yarımmüdafiəçinin Trabzon təmsilçisinə azad agent kimi keçəcəyi bildirilir.

Xatrladaq ki, “Cenoa” Malinovskini 2023/2024 mövsümünün əvvəlində, 2023-cü ilin avqust ayında Marsel “Olimpik”indən icarə əsasında heyətinə qatmışdı. İtaliya klubu 2024-cü ilin yanvar ayında “Olimpik”ə 7 milyon avro ödəməklə 30 yaşlı ukraynalını birdəfəlik transfer etmişdi.

Malinovskinin A Seriyası təmsilçisi ilə müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləsi mövcud idi. O, “Cenoa”nın heyətində 74 oyuna çıxıb, 10 qol vurub, 8 assist edib.

Ruslan Malinovski daha öncə Marsel “Olimpik”i, “Şaxtyor” (Donetsk), “Sevastopol”, “Zarya”, “Genk”, “Atalanta” kimi klublarda da forma geyinib.

Hücumameyilli yarımmüdafiəçi 2015-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasında da 70 oyun keçirib, 10 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
9
arena.az

10Mənbələr